Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Ölkə iqtisadiyyatı mərhələli şəkildə nağdsız ödəniş sisteminə keçir. Bu, təkcə ictimai nəqliyyatda deyil, digər xidmət sahələrində də tətbiq olunur. İctimai nəqliyyatda isə bu keçidin vətəndaşlar üçün daha çox faydası var".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.O, bildirib ki, bu addım həm iqtisadi siyasətin bir hissəsidir, nağd pul dövriyyəsini azaltmaq məqsədi daşıyır, həm də praktiki tərəfdən bir çox üstünlüklər yaradır:"Məsələn, insanlar üzərlərində pul gəzdirməyə məcbur qalmır, xırda pul problemi olmur, pulun qalığının qaytarılması kimi vaxt aparan məqamlar aradan qalxır. Eləcə də sürücülərin və bu işlə məşğul olan digər şəxslərin vaxt itkisi minimuma enir. Bu baxımdan nağdsız ödəniş sistemi həm təhlükəsiz, həm də daha rahatdır".Ekspert bildirib ki, artıq uzun müddətdir ki, "BakıKart" vasitəsilə ödəniş etmək mümkündür:"İndi isə bank kartları ilə ödənişin geniş tətbiqi daha bir rahatlıq mərhələsidir. Təbii ki, ictimai nəqliyyatda bu sistemin tətbiqi məqsədəuyğundur və istifadəçilər üçün əlavə rahatlıq yaradır. Bu yenilik həm sərnişinlər, həm də nəqliyyat şirkətləri, istər metro, istər avtobus üçün iş prosesini sadələşdirəcək. Əlavə vaxt itkiləri azalacaq, xidmətin təşkili daha səmərəli olacaq və ümumi iş prinsiplərinə müsbət təsir göstərəcək".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.