RU

Polşada Kommunist Partiyası qadağan edildi

“Milyonlarla insanın ölümünə səbəb olan rejimləri təriflədiyi üçün” 

Polşa Konstitusiya Tribunalı Polşa Kommunist Partiyasını qadağan edib.

Tribuna xəbər verir ki, ölkə mediasının yazdığı kimi, Tribunal Prezident Karol Navrotskinin vəsatətinə əsasən Polşa Kommunist Partiyasının tamamilə qanunsuz elan edilməsi barədə qərar qəbul edib. Məhkəmə partiyanın məqsəd və fəaliyyətlərinin konstitusiyaya zidd olduğunu müəyyən edib. Belə ki, konstitusiya nasizm, faşizm və kommunizm kimi totalitar sistemləri təşviq edən təşkilatları qadağan edir.

Hakim Kristina Pavloviç Polşa hüquq sistemində “milyonlarla insanın ölümünə səbəb olan cinayətkarları və kommunist rejimlərini tərifləyən” qüvvələrə yer olmadığını vurğulayıb.

Qərar tam tərkibli Tribunal tərəfindən qəbul edilib. Prezidentin təqdim etdiyi materiallarda partiyanın hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırdığı və totalitar təcrübələrə müraciət etdiyi qeyd olunub.

Polşada bu partiya 2002-ci ildə Polşa kommunist hərəkatının ideoloji irsi əsasında təsis edilib və açıq şəkildə marksist-leninçi ənənələrə istinad edib. 2020-ci ildən bəri Polşada KPP-nin ləğvi cəhdləri artıq edilib. İlk ərizə rədd edilib, lakin prezident Navrotskinin son təqdimatı yekun qərarın əsasını t

Избранный
63
tribunainfo.az

1Источники