RU

Bu mükafat Trampa veriləcək: Harada çıxış edəcək? KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin noyabrında təsis edilən FİFA Sülh Mükafatını alacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Əvvəllər Trampın dekabrın 5-də keçiriləcək DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcəyi açıqlanmışdı.

Ona Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək tədbirdə çıxış etmək fürsəti də veriləcək.

“Amerika Birləşmiş Ştatları heç vaxt Prezident Trampın tarixi rəhbərliyi altında indiki kimi hörmət və uğur qazanmayıb. Amerika indi dünyanın ən gözəl ölkəsidir və bizi tarixin ən böyük idman tədbirlərindən birinə – DÇ-2026-ya ev sahibliyi etmək üçün mükəmməl yerə çevrilib”, – Ağ Evin sözçüsü Deyvis İnql deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
96
1
konkret.az

2Источники