RU

HİZBULLAH VƏ HUSİLƏR TERROR TƏŞKİLATI SİYAHISINDAN ÇIXARILIB » AzadMedia.az

HİZBULLAH


İraq hökuməti Livanın “Hezbollah” qruplaşması və Yəməndəki husilərin terror təşkilatı kimi təsnif edilməsini rəsmi şəkildə ləğv edib. Bu addım, hər iki qrupun səhvən siyahıya daxil edildiyinin bildirilmsindən bir neçə həftə sonra atılıb.

Hökumətin açıqlamasına görə, 17 noyabrda rəsmi qəzetdə dərc olunmuş ilkin qərar “yoxlanılmadan əvvəl verilmiş texniki səhv” olub. Həmin sənəddə “Hezbollah” və husilər İranın müttəfiqləri və İraqdakı şiə milisləri ilə yanaşı, aktivlərinin dondurulması nəzərdə tutulan 24 təşkilatın siyahısına salınmışdı və “terror aktında iştirak” ittihamı irəli sürülmüşdü.

Bildirilib ki, rəsmi qəzetin düzəldilmiş nəşrində hər iki qrupun adı siyahıdan çıxarılacaq. Baş nazir Məhəmməd Şia əs-Sudani məsələ ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.

İraq rəsmilərinin sözlərinə görə, qərarın geri çəkilməsi İrandakı siyasi qruplar və onlara bağlı silahlı dəstələrin təzyiqi altında baş verib. Onlar hökuməti regional müttəfiqlərə qarşı addım atmaqda və Tehranla qarşıdurma riski yaratmaqda ittiham ediblər.

Qərar həmçinin Fələstini dəstəkləyən və “Hezbollah”la husiləri İsrailə qarşı “müqavimət hərəkatı” kimi görən iraqlıların da narazılığına səbəb olUB

Hər iki qrup 7 oktyabr 2023-cü ildə HƏMAS hücumundan sonra İsrailə qarşı zərbələr endirib

Siyasi analitik Ənvər əl-Musəvi bildirib ki, Bağdad ABŞ-ın artan təzyiqi ilə regional tərəfdaşlar arasında çətin seçim qarşısında qalıb: “İraq uzun illərdir husilərlə və ‘Hezbollah’la əməkdaşlıq siyasəti yürüdür.”

Hadisə ilə bağlı nə “Hezbollah”, nə husilər, nə də ABŞ tərəfindən şərh verilməyib.

Избранный
22
1
azadmedia.az

2Источники