RU

ABŞ Avropanı sakitləşdirir

AzVision.az xəbər verir ki, NATO-nun Avropadakı Müttəfiq qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviç belə deyib.

“Avropa və Kanadanın imkanlarına əminəm. Biz bu gün istənilən böhrana və ya gözlənilməz vəziyyətə hazırıq. Ukraynada mümkün sülh danışıqları ilə bağlı siyasi gərginlik NATO nöqteyi-nəzərindən missiyamızı yerinə yetirmək qabiliyyətimizə heç bir təsir göstərməyib”,- qəzetAleksus Qrinkeviçin bəyanatından sitat gətirir.

Onun sözlərinə görə, müttəfiqlərin müdafiə xərclərini artırmaq barədə qərarları"alyansın sabah, Vaşinqtonun isə birisi gün hazır olması”deməkdir. Bu isıə, Rusiyaya qarşı durmağa və Amerika qüvvələrinin yerləşdirilməsində hər hansı dəyişikliyə cavab verməyə hazır olmaqdır.

Avropa ABŞ-dən “aydın təqvim” tələb edir
Eyni zamanda, Qrinkeviç Rusiyanın yaxın perspektivdə, eləcə də orta və uzunmüddətli perspektivdə açıq-aşkar NATO-nun kollektiv müdafiə gücünü sınamağa cəhd edə biləcəyindən narahatlığına diqqət çəkib.

- Biz həm də hadisələri qabağlamağı düşünürük. Əgər Rusiya bizim üçün dilemmalar yaratmağa çalışarsa, o zaman bəlkə də onlar üçün dilemmalar yarada biləcəyimiz yollar var”,- təfərrüatlara varmayan amerikalı general söyləyib.

Xatırladaq ki, Aleksus Qrinkeviçin bəyanatları prezident Donald Trampın qarşıdan gələn müdafiə strategiyasının bir hissəsi kimi Avropada Amerika hərbi mövcudluğunun gözlənilən azaldılması ilə bağlı narahatlıqlar fonunda səslənir.

Qarşıdan gələn hərbi siyasət icmalı kontekstində bəzi qüvvələrin Avropadan Hind-Sakit okean regionuna göndərilməsi də nəzərdə tutulur.

“Politico” nəşrinin məlumatına görə, bəzi avropalı tərəfdaşlar alyansın möhkəm olduğunu açıq şəkildə vurğulasalar da, ABŞ-nin NATO-ya sadiqliyindən xüsusi narahatlıqlarını ifadə edirlər.

- NATO bütün prosesləri qüsursuz işləyir. Təcrübədəamerikalılar alyans daxilində öz öhdəliklərini çox yaxşı yerinə yetirirlər”,- Polşanın Müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
101
50
azvision.az

10Источники