RU

Danimarka gələn il Ukraynaya hərbi yardımı azaldacaq

Danimarka 2026-cı ildə Ukraynaya hərbi yardımı demək olar ki, iki dəfə azalrmağı planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə DR teleradio şirkəti məlumat yayıb.

“Müdafiə naziri Troels Lund Poulsen müdafiə komitəsinə verdiyi cavabda Danimarkanın gələn il 9,4 milyard kron verəcəyini açıqlayıb. Keçən il biz 16,5 milyard kron verdik, ondan bir il əvvəl isə bu, demək olar ki, 19 milyard kron idi”, - xəbərdə deyilir.

Teleradio şirkəti ölkənin Müdafiə Nazirliyinin məlumatlarına istinadən Ukraynaya hərbi yardımın tədricən azaldığını göstərən qrafik təqdim edib. Belə ki, Kopenhagen 2027-ci ildə Kiyevə 7,1 milyard kron, 2028-ci ildə isə cəmi bir milyard kron göndərməyi planlaşdırır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
88
herbiand.az

1Источники