RU

Adil Nəsibov: “Könüllülük savab, məsuliyyət və vətənpərvərlik nümunəsidir”

5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov ölkəmizdə könüllülük hərəkatının tarixi, mahiyyəti və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

QHT sədr bildirib ki, könüllülük heç bir maddi maraq güdmədən cəmiyyətə faydalı işlərə qoşulmaq və bununla da ölkənin inkişafına töhfə vermək deməkdir:

"Təmənnasız icra edildiyindən iqtisadiyyatımıza da dəstək olan bu fəaliyyət sosial problemlərin həllinə kömək etməklə parallel olaraq ölkəmizin inkişafı üçün gərəkli olan mütəxəssislərin birbaşa praktikada yetişməsi deməkdi. Sıfırdan başlayaraq bütün etaplarda iştirak etməklə yetişən mütəxəssisin gələcəkdə əsasən nəziri bilikərlə yetişmiş mütəxəssislə eyni kollektivdə işləməsi iş prosesinin əhəmiyyətli inkişafına zəmin hazırlamış olur. Nəzəri və praktiki təcrübənin bir-birini tamamlaması iş prosesində bol uğur deməkdi".

Adil Nəsibov qeyd edib ki, könüllülük hərəkatı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə formalaşıb, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə isə yeni mərhələyə yüksəlib:

"Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin “Könüllü ili” elan edilməsi ilə daha geniş vüsət alıb. Könüllülük hərakatı həm işi bacarmaq, işə can yandırmaq, həm də dini və mənəvi baxımdan insanlara yardımçı olmaq kimi savab bir işdə səmimiyyəti ilə könüllərdə iz qoyub. Hər dəfə Könüllülük hərakatında söz düşəndə nədənsə assosativ olaraq yadıma dahi şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirindən bir misar düşür:

Ayrılarmı könül candan

Azərbaycan, Azərbaycan

Könüllülük hərakatı artıq Azərbaycanda Vətəni sevmək simvoluna çevrilib. Bəlkə də Ilahi bir mesaj idi ki, 2020-ci ildə Azərbaycanda elan edilmiş “Könüllü ili”ndə doğma Qarabağımızın 30 illik işğalına Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər ordumuz tərəfindən son qoyuldu".

 

Pərvanə Fərhadqızı

Избранный
50
qht.az

1Источники