RU

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

Masallıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sərçuvar kəndində 350 ədəd müxtəlif növ meyvə və çinar ağacları əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Aksiyada Masallı RİH-in əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Seyran CAVADOV,“Azərbaycan”

Избранный
61
azerbaijan-news.az

1Источники