RU

Gəncədə 17 yaşlı yeniyetməyə xəsarət yetirən şəxs SAXLANILDI

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Gəncədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat tədbirləri nəticəsində 2008-ci il təvəllüdlü Y. Dövlətiyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P. Verdiyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.Xatırladaq ki, dünən bıçaqlanan 2008-ci il təvəllüdlü Yaşar Dövləti bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib, əməliyyata götürülüb, vəziyyəti orta-ağır qiymətləndirilir.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
3
bizim.media

4Источники