RU

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 837 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu  barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb. 

Təbii fəlakətdən zərər çəkən 545 nəfərin taleyi naməlum olaraq qalır. Təbii fəlakət geniş dağıntılara səbəb olub, bir milyondan çox sakini evlərini tərk etməyə məcbur edib.

Xatırladaq ki, İndoneziyada bir həftədən artıqdır ki, tropik fırtına ilə müşayiət olunan güclü leysan yağışları qonşu Tayland və Malayziyaya da təsir edib. Yağış suları torpağı aşındıraraq güclü sellərin dağ yamaclarından enməsinə səbəb olub.

Избранный
27
2
redaktor.az

3Источники