RU

“Ballı”nın sahibini öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısına çıxarıldı

“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
 

Qeyd: Hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.


İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan daxil olub evin həyətində cinayəti reallaşdırmaq üçün gözləsə də, qarşısını alıblar. Təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.


T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 



Tarix: 5 Dekabr 2025, 09:01   
Избранный
53
1
pravda.az

2Источники