RU

Gündəlik qidalanmada quru gavalı niyə vacibdir?

Quru gavalı sağlam qida seçimləri arasında önəmli yer tutur.


Pravda.az bildirir ki, bu meyvə yalnız dadlı deyil, həm də sağlamlığa faydalıdır.


Araşdırmalara görə, quru gavalı həzm sistemini tənzimləyir və bağırsaq hərəkətlərini normallaşdıraraq qəbizliyin qarşısını alır. Eyni zamanda, içindəki bor və K vitamini sayəsində sümük sıxlığını qorumağa kömək edir.


Həmçinin, quru gavalıdakı pektin və liflər qan xolesterolunu aşağı salaraq ürək-damar sağlamlığını dəstəkləyir. Onun nisbətən aşağı glisemik indeksi qan şəkərində ani sıçrayışların qarşısını alır və beləliklə diabet riskinə qarşı faydalıdır.


Mütəxəssislər vurğulayırlar ki, quru gavalınn tərkibindəki antioksidan və polifenollar hüceyrələri qoruyur və yaşlanma əleyhinə təsir göstərir. Sağlam qidalanmanın bir hissəsi olaraq gündəlik bəlli miqdarda quru gavalı istehlakı tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 5 Dekabr 2025, 08:46   
Избранный
92
pravda.az

1Источники