RU

“FlyDubai”ın təyyarəsi Bakıda təcili eniş edib

Bakı. Trend:

5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinəyetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmışqəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportundatəcili eniş üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumatagörə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurlaeniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onunvəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğunşəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyinivə sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davamedir.

Избранный
43
34
az.trend.az

10Источники