RU

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək



Rusiyada 21 yaşına çatmamış şəxslərə tütün və spirtli içkilərin satışı qadağan edilə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, “Ədalətli Rusiya” fraksiyasının rəhbərinin birinci müavini Dmitri Qusevin başçılıq etdiyi bir qrup deputat Dövlət Dumasına tütün və alkoqol satışı sənayesində işləmək üçün 21 yaş məhdudiyyəti təklif edən fraksiyalararası qanun layihəsi təqdim edib.

Layihədə "Vətəndaşların sağlamlığının ikinci əl tütün tüstüsünün təsirindən, tütün istehlakının və ya nikotin tərkibli məhsulların istehlakının nəticələrindən qorunması haqqında" və "Etil spirtinin, alkoqollu və alkoqol tərkibli məhsulların istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi haqqında" federal qanunlara dəyişikliklər təklif olunur.

Qanun layihəsində tütün məmulatlarının, nikotin tərkibli məhsulların, qəlyanların və nikotin daşıyıcılarının pərakəndə satışında, habelə alkoqollu içkilərin pərakəndə satışında, o cümlədən qida xidməti müəssisələrində bu cür alqı-satqı ilə bağlı işlərə görə 21 yaşına çatmamış şəxslərlə əmək və mülki müqavilələrin bağlanmasını qadağan edəcək.


Təşəbbüsün müəllifləri qeyd edirlər ki, vahid yaş həddi tənzimləmə ardıcıllığını təmin edəcək və kifayət qədər yetkin və ya məsuliyyət daşımayan gənc işçilərin tütün və alkoqol satışına cəlb edilməsini aradan qaldıracaq.

Cavid
Избранный
112
1
newscenter.az

2Источники