32gun.az xəbər verir ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” Publik Hüquqi Şəxsi Səngəçal filialının anbar kompleksində hasar tikinti işlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, işlərin həyata keçirilməsi üçün “AZAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 103.870,93 AZN dəyərində müqavilə bağlanması gözlənilir.
Tenderin şərtlərinə görə, müqavilənin icrası zamanı müvafiq dövlət standartlarına uyğun tikinti işləri aparılacaq və işin vaxtında tamamlanması təmin olunacaq.
Qalib şirkənin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi ƏHMƏD MEHDİYEV RAMAZAN OĞLUdur.
Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi.