RU

Vəkil Elçin Əhmədov məhkəmədə döyüldü

Vəkil Elçin Əhmədov məhkəmədə döyülüb.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Xətai Rayon Məhkəməsində baş verib.

Vəkil icraatında olan cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən hücuma məruz qalıb. Nəticədə o, yüngül xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Избранный
23
8
konkret.az

10Источники