RU

Kiberhücum cəhdinin qarşısı alındı - Mənzillərin seçimi uğurla başa çatdı

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan YaşayışKompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikincimərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi,Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və YevlaxYaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipotekakreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənişüsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən“Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ciil tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimimüvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyatakeçirilmişdir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatıDövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeydolunub.

Bildirilib ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Busaata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrəvətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdimedilmişdir.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinininzibati binasında yaradılmış operativ qərargahda AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, AzərbaycanRespublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəfəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və"AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilənəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlifkiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiştəhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərinqarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil"sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada vətəlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxiləcəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiyatəhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdləroperativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemintəhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı DövlətAgentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılantəkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsiləmənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədiləseçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirləriniəyani olaraq nümayiş etdirmişdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyininsərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsiQaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elançərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləməqaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmişmüddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetindəmüvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu vəlayihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində birneçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et”düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçəbilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilinərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdənmənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraqhəmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklifediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birincisırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzilgözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklifediləcəkdir.

Qeyd edək ki, 03.12.2025-ci il tarixində seçilmiş mənzillərbarədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Избранный
34
46
az.trend.az

10Источники