RU

Həkimdən qarlı havalarda xəstələnməmək üçün tövsiyə: "Təmiz su için"

Bölgələrdə artıq qar yağır. Bakıda isə temperaturun kəskin dəyişəcəyi və qar yağacağı haqqında proqnozlar var.

Bəs immuniteti zəif olan insanlar qarlı havalarda özlərini necə qorumalıdırlar?

Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, artıq dekabr ayıdır, əslində havanın belə olması normaldır:

"Sadəcə olaraq biz təbiət olaraq kəskin keçişlərə öyrəşməmişik deyə, sağlamlıqla bağlı bir az problem yaranır. İmmuniteti zəif olan insanlar nə etməlidir? İlk növbədə, təmiz havada yürüyüş etmək lazımdır. Bu, immun sistemini gücləndirən prosesdir. Bol maye qəbulu da əsas şərtlərdəndir. Maye dedikdə çaydan, kofedən bəhs etmirik. Təmiz sudan bəhs edirik. Sağlam qidalanmaq lazımdır.

Həkimin sözlərinə görə, bu məsələdə vitaminlər də vacib nüanslardandır:

"İnsanlar vitamin çatışmazlıqları varmı, yoxmu deyə yoxlansalar daha yaxşı olar. Çatışmayan vitaminləri kənardan həkimin tövsiyə etdiyi dərman vasitəsi ilə alsalar daha yaxşı olar. “Mənim vitaminim çatmır, özüm dərman alım, içim” - bu, düzgün deyil. Bunları profilaktik olaraq etsələr, təbii ki, immunitetləri güclənəcək və immunitet güclü olduqda soyuqdəymə onlara təsir etməyəcək.

Soyuqdəymə halı baş verəndə isə geyimi havaya uyğun geyinmək lazımdır. Bu hallarda özbaşına sistem, antibiotik, iynə dərman təyin etmək düzgün deyil. Həkim tövsiyəsi ilə çox rahatlıqla bu prosesdən də çıxa bilərlər".

Aytəkin TOFİQQIZI

Избранный
82
1
redaktor.az

2Источники