RU

Bu, ölümün müqəddəsliyinə texnologiyanın müdaxiləsi kimi qiymətləndirilə bilər İlahiyyatçı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Məzarlarda QR-kod istifadəsi görünən “modernləşmə” cəhdi olsa da, dini baxışdan suallar yaradır”. Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elmir Vəliyev bildirib.O deyib ki, ölüm və xatirələr məsələsi texnologiyaya çevriləndə, insanın ruhani və mənəvi yönü unudula bilər:“Məzarlıq ənənəsi sadəcə məlumat saxlamaq deyil, həm də mərhum üçün hörmət, dua və zikr yeridir. QR-kodlar həyatını rəqəmsal formatda təqdim etsə də, mərhumla bağlı real təmas və ruhani bağlılığı əvəz edə bilməz. Bu, ölümün müqəddəsliyinə texnologiyanın müdaxiləsi kimi qiymətləndirilə bilər. İnsanların ziyarət zamanı telefon ekranına baxması, duaların və sükutun mənəvi dəyərini azalda bilər”.O bildirib ki, bu praktika həm də ölümə və əbədi həyata dair düşüncələri səthi səviyyəyə endirə bilər:“Texnologiya xatirələri qorumaq üçün faydalı olsa da, ruhani bağın yerini tutmur. Həyat və ölüm məsələləri yalnız informasiya və görüntü ilə həll olunmur. Bu cür tətbiqlər insanlarda ölümə yanaşmanı daha praktik, amma mənəvi baxımdan səthi edə bilər. Yenilik maraqlıdır, amma mənəvi və etik baxımdan diqqətlə qiymətləndirilməlidir. QR-kodlar texnologiya baxımından cəlbedici olsa da, ruhani və əxlaqi ölçüləri gözdən qaçırmamalıdır. Belə innovasiyalar həm faydalı, həm də düşündürücü olmalıdır. Məzarlıq həyatın və ölümün müqəddəsliyini qoruyan yerdir”. Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
demokrat.az

1Источники