RU

Aqrar Xidmətlər Agentliyi Cəlilabadda peşə təhsili ilə əməkdaşlığı genişləndirir » AzadMedia.az


Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və struktur bölmələrinin nümayəndələri bu gün Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə səfər ediblər. Səfər çərçivəsində mərkəzin tədris prosesi, maddi-texniki bazası və istehsalat sahələri ilə yaxından tanışlıq həyata keçirilib.

Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Aqrar Xidmətlər Agentliyi sədrinin müavini Elməddin Namazov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tərəflər arasında peşə təhsilinin inkişafına yönəlmiş bir sıra mühüm istiqamətlər üzrə müzakirələr aparılıb.

Söhbət zamanı tədris proqramlarının yenilənməsi, müəllim və mütəxəssis heyətinin peşəkar bacarıqlarının artırılması, baytarlıq üzrə ixtisaslaşmış Tədris–İstehsalat Mərkəzinin yaradılması, laboratoriya və tədris avadanlıqlarının təmin edilməsi kimi məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı, tələbələrin real təsərrüfatlarda praktik təcrübə keçməsi üçün geniş imkanların yaradılması mövzusu da qarşılıqlı əməkdaşlıq istiqamətində əsas prioritet kimi dəyərləndirilib.

Görüşün əsas məqsədi peşə təhsilinin təşkili prosesində maraqlı tərəflər arasında səmərəli əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələr üzrə təhsilalanların müasir əmək bazarına uyğun bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bu cür əməkdaşlıqlar aqrar sahədə peşəkar və dayanıqlı insan kapitalının formalaşmasına mühüm töhfə verir.
Избранный
58
1
azadmedia.az

2Источники