Ajans.az xəbər verir ki,bu barədə The Thaiger qəzeti məlumat yayıb. Məlumata görə, Meksika təmsilçisi böhtan atmaqda ittiham olunur. Təşkilatçılar Boşun müsabiqə tədbirlərindən birində baş verən hadisə ilə bağlı verdiyi açıqlamanın yalan olduğunu iddia edirlər. Boş bildirib ki, “Miss Universe” təşkilatının Tayland bölməsinin vitse-prezidenti Navat İtsaraqrisil 4 noyabrda ona qışqırıb. O, Boşu məcburi sponsorluq tədbirlərinə qatılmamaqda və sosial mediada sponsorluq şəkillərini paylaşmamaqda günahlandırıb. Boş özünü izah etməyə çalışanda İtsaraqrisil onun sözünü kəsib və guya onu “axmaq” adlandırıb. Müsabiqə təşkilatçıları isə iddia edirlər ki, İtsaraqrisil belə ifadə işlətməyib. Buna baxmayaraq, Boş hadisəni jurnalistlərə danışmağa davam edib. “Miss Universe” dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biridir və “Miss World”, “Miss International” və “Miss Earth” ilə birlikdə “Böyük Dördlük” hesab olunur. Qalib bir illik müqavilə əsasında reklam və xeyriyyə məqsədli layihələrdə iştirak edir, supermodel kimi müxtəlif ölkələrə səyahət edir.