Yasamal rayonunda həm piyadalar, həm də avtomobil sürücüləri üçün təhlükəli vəziyyət yaranıb.
“Yaşıllaşdırma İdarəsi, sizin əlnizdən sınıq ağacı belə kəsmək olmur. Neyləyək? Gözləyək sınıb kiminsə başına düşüb bədbaxt eləsin sonra kəsəsiz?”.
Sakinlər problemin aradan qaldırılması üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat da verdiklərini bildiriblər.
Mövzü ilə bağlı idarə ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.
