RU

"Milan" meksikalı futbolçusunu sata bilər

BAKI, 4 dekabr. TELEQRAF

İtaliya "Milan"ının futbolçusu Santyaqo Ximenes qış transfer pəncərəsində klubdan ayrıla bilər.

Teleqraf "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, meksikalı hücumçu komandanın baş məşqçisi Massimiliano Alleqrinin taktiki tələblərinə cavab vermədiyi üçün satışa çıxarılacaq.

24 yaşlı forvard da öz növbəsində oyun müddətinin azalması riskini nəzərə alaraq klubdan ayrılacağını istisna etmir.

Ximeneslə İngiltərənin "Vest Hem" və "Sanderlend" klubları maraqlanır.

Qeyd edək ki, Santyaqo Ximenes cari mövsüm ərzində meydana çıxdığı 11 oyunda bir qol və bir məhsuldar ötürmə müəllifi olub.

Избранный
58
teleqraf.com

1Источники