“Sabah”ın hücumçusu Vensan Abubakar Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard liqanın göründüyündən daha çətin olduğunu bildirib:
“Azərbaycan Premyer Liqası haqqında danışmalı olsaq, kənardan bəzən asan görünə bilər, amma əslində belə deyil. Əksinə, çətin bir liqadır. Azərbaycan çox gözəl ölkədir. Buradakı insanlar futbola qarşı çox hörmətlidirlər. Kluba gəldiyimdən bu yana gördüyüm qədərilə hər şey çox yaxşı təşkil olunub, korporativ struktur daha yaxşı formalaşıb”.
Abubakar ölkədəki futbol mühitindən məmnun olduğunu da vurğulayıb.