RU

Zaxarova MDB ölkələrinə çağırış etdi

BAKI, 4 dekabr. TELEQRAF

Rusiya MDB ölkələrinin Avropada İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinin qorunmasında daha fəal iştirakına görə minnətdar olardı.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Avropada ümumi abidələrimizin qorunması işində sizin ölkələrinizin rəsmi nümayəndələri və dövlət xadimlərinin daha fəal iştirakına görə minnətdar olardıq”, - o, “MDB xalqlarının kollektiv yaddaşında Böyük Vətən müharibəsi” konfransında çıxışı zamanı bildirib.

Zaxarova iddia edib ki, Rusiya heç vaxt İkinci Dünya müharibəsində təkcə öz adına çıxmayıb, döyüşlərdə həlak olanları milli-dini mənsubiyyətinə görə ayırmayıb.

Избранный
61
teleqraf.com

1Источники