RU

Məzar daşlarında YENİLİK: Artıq QR kodlardan istifadə olunur

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Son vaxtlar texnoloji inkişaf bütün sahələrə sirayət edib və bir çox ənənələri dəyişdirib. Amma burada çox da irəli getmək lazım deyil. Bəzi sahələrdə müdaxilə həm mənasız, həm də faydasızdır".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.Ekspert bildirib ki, ölüləri rahat buraxmaq lazımdır, haqq dünyasında olanların dəb-dəbəli şeylərə ehtiyacı yoxdur, onlara fayda vermir, həmçinin həmin şəxslərin özünə də fayda gətirmir:"Bu sadəcə bir növ şoudur. İnsan ölülərinə hörmətini saxlaya, məzarını ziyarət edə, onun adına xeyirxah işlər və dualar edə, fəaliyyətini başqalarına çatdıra bilər. Amma məzarlar üzərində, qəbiristanlıqda texniki slaydlar və şoular üçün yer yoxdur. İslamda da qəbir müəyyən müddətdən sonra sadə olmalıdır. Sadə bir daş, adı və qısa məlumat kifayətdir. Məzarlıq ziyarətləri müəyyən günlərdə aparılmalı və haqq dünyasında ölənin bağışlanması üçün dua edilməlidir".Sosioloq bildirib ki, sosial baxımdan da bu fərqlilik yaradır:"Bəziləri dəbdəbəli məzarları maddi imkanlarına görə edə bilir, digərlərində isə bu seçim mümkün deyil, nəticədə qıcıq yaradır. Bu, təkcə bizdə deyil, bütün digər cəmiyyətlərdə də problem deyil. Avropa və dünyanın digər ölkələrində qəbiristanlıqlar sadə, eyni qaydada və eyni daşlarla təşkil olunur".Onun sözlərinə görə, dinə və sosial psixologiyaya uyğun olaraq, ölülərə dəbdəbəli qəbir qoymaq, texnoloji imkanlar yaratmaq lazım deyil:"Bu həm cəmiyyətə, həm də ölən insana fayda vermir. Sadəcə, bunu edən şəxsin öz nüfuzunu göstərmək məqsədi var. Hər kəsin həyatda fəaliyyəti yaxınları tərəfindən bilinir, tanınır. Bilməyənlər üçün də mediada və sosial şəbəkələrdə məlumatlar mövcuddur. Buna görə də, hər kəsin özünün doğmasını təbliğ etməsinə ehtiyac yoxdur".Ekspert qeyd edib ki, o, ölkədə vahid qərar qəbul olunmasının tərəfdarıdır:"Dəfn mərasimləri və məzarlar sadə, eyni formada təşkil edilsin və bu məsələlərə nəzarət olunsun. Bu, insanlar arasında sosial bərabərliyi təmin edən bir göstərici olar. Qədimdə də belə olub. Son dövrlərdə isə bəzi şəxslər bunu dəb və şouya çevirir ki, bu normal deyil və qəbul edilməzdir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
demokrat.az

1Источники