RU

Ermənistan ordusunda böyük problem: Çağırışçıların 67 faizi...

Ermənistan ordusunda çağırışçıların təxminən 67%-i siqaret çəkir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının iclasında qanun layihəsinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan bildirib.

"Üstəlik, onların əhəmiyyətli bir hissəsi orduda xidmətə başladıqdan sonra siqaret çəkməyə başlayıblar”, - Sarkisyan bildirib.

Millət vəkili daha sonra qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrində gizirlərin 69 faizi, zabitlərin isə 88 faizi siqaret çəkir. Onun sözlərinə görə, bu rəqəmlər narahatlıq doğurur.

Sarkisyan daha sonra Ermənistanın müdafiə naziri Suren Papikyandan hər hansı stimullaşdırıcı vasitə yaratmağın mümkün olub-olmadığını soruşub. Məsələn, siqaret çəkməyən hərbi qulluqçuların hərbi xidmətini vaxtından əvvəl başa vurmasına icazə və ya onlara əlavə məzuniyyət verməklə.

Избранный
99
publika.az

1Источники