RU

Tokio Mərkəzi Kəşfiyyat İdarəsinin analoqunu yaradır

Yaponiya hökuməti 2026-cı maliyyə ilində (1 aprel 2026-cı ildən başlayaraq) qismən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin modelində Milli Kəşfiyyat İdarəsi yaratmaq niyyətindədir.

Herbiand.az bildirir ki, bu barədə “Nikkei” qəzeti xəbər verib.

Jurnalistlərin məlumatına görə, Milli Kəşfiyyat İdarəsi xüsusən də açıq mənbələrdən və digər agentliklərdən, ABŞ-dan və peyk kəşfiyyatı vasitəsilə alınan məlumatları təhlil edən mövcud Nazirlər Kabinetinin Tədqiqat Bürosu əsasında formalaşdırılacaq.

Yeni struktur Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, polis və Ədliyyə Nazirliyi daxilində mövcud olan kəşfiyyat və əks-kəşfiyyat bölmələrinin fəaliyyətini əlaqələndirəcək. Yeni qurumun yaradılması haqqında qanun layihəsi 2026-cı ildə baxılmaq üçün Parlamentə təqdim ediləcək.

Həmçinin, baş nazir və digər yüksək vəzifəli şəxslərin daxil olacağı Milli Kəşfiyyat Şurasının yaradılması təklif olunur. Milli Kəşfiyyat İdarəsi status baxımından digər məsələlərlə yanaşı, xarici siyasət və müdafiə məsələlərini əlaqələndirən Milli Təhlükəsizlik Şurasına bərabər olacaq. Baş nazir və aparıcı nazirlər də onun işində iştirak edirlər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
52
herbiand.az

1Источники