RU

Abubakar: “Beşiktaşı çempion edən biz futbolçular idik” İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi”nin hücumçusu Vensan Abubakar türkiyəli jurnalist Ertem Şenerə müsahibəsində 2020/2021 mövsümündə “Beşiktaş”la qazandıqları çempionluğu xatırladıb.

İdmanxeber.az xəbər verir ki, kamerunlu forvard həmin uğurun əsas müəlliflərinin oyunçular olduğunu deyib:

“Sergen Yalçınla çempion olduğumuz mövsümdə işi görən biz futbolçular idik. Kuboku meydanda mübarizə aparanlar qazandı. İndi də baş məşqçi eynidir və heyət daha güclüdür. Bacarırsa, yenidən komandanı çempion etsin”.

Qeyd edək ki, Abubakar həmin mövsüm “Beşiktaş”da 26 oyunda 15 qol və 5 assistlə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
1
idmanxeber.az

2Источники