RU

“Ankara Rusiya ilə qaz alışını daha bir il uzadacaq” - Türkiyənin energetika naziri

“Türkiyə Rusiya ilə ilin sonunda başa çatacaq qaz alışı müqavilələrini daha bir il uzadacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

O, Türkiyənin ABŞ-nin enerji sektoruna investisiya qoymağı düşündüyünü də bildirib.

Bayraktar həmçinin qeyd edib ki, iyul ayında başa çatan İranla uzunmüddətli idxal müqaviləsinin yenilənməsi üçün danışıqlar davam edir.

Onun sözlərinə görə, danışıqlarda müzakirə olunan mövzulardan biri İran vasitəsilə barter yolu ilə gələn Türkmənistan qazının həcminin artırılmasıdır.

Daşqın HəsənovMissiya.Az

Избранный
27
missiya.az

1Источники