RU

Prezident İlham Əliyevi müdafiə edən Gültəkin Hacıbəyli birdən müxalifət olmaq qərarına gəldi DEPUTAT

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O qeyd edib ki, hər ikisinin  yaxınlaşması dövlətimiz üçün  açıq şəkildə təhlükədir:“Çünki bu ittifaq milli maraqlarına və inkişafına deyil, öz şəxsi və qrup maraqlarına xidmət etmək üçün qurulub. Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar son beş ildə Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığı fəaliyyətlərə dəstək vermək üçün çalışıb. Onların əsl siması Azərbaycan cəmiyyətinə məlumdur. Cəmiyyətdən heç bir dəstək görməyən Əli Kərimli bütün ümidini indiyə qədər onu bəsləyən xarici anti-Azərbaycan qüvvələrə bağlayıb”.O əlavə edib ki, Əli Kərimlinin evində axtarış aparılması, Rusiyaya yazılan məktubun və həmin müraciətin ortaya çıxması artıq adi haldır:“Bu hadisə dəfələrlə təkrarlanıb. Ramiz Mehdiyevin “5-ci kolonu” Azərbaycanda hər zaman ölkənin inkişafına mane olan bir qüvvə olub. Bir zamanlar hakimiyyətin tərəfdarlarından olan, prezident seçkilərində cənab İlham Əliyevi müdafiə edən, onun haqqında uzun çıxışlar edən Gültəkin Hacıbəyli birdən müxalifət olmaq qərarına gəldi. Bu sualın cavabı da  Ramiz Mehdiyev işində bizə məlum oldu. Bir daha əmin olduq ki, özünü xalq fədailəri kimi göstərənlər əslində ancaq öz mənfəətlərini güdürmüşlər. Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və Milli Şura hər 3 aydan bir mitinq, aksiya təşkil edərdi. Lakin 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra AXCP və Milli Şura bir dəfə də olsun nə mitinq, nə də aksiya keçirdi. Eyni zamanda, Əli Kərimli heç zaman hər hansı bir çıxışında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Ramiz Mehdiyev Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatla birlikdə Azərbaycana qarşı hər zaman təxribat aparsa da heç zaman uğur qazamağa nail ola bilmədi. Çünki xalq onlara inanmır və həqiqəti görür”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
1
demokrat.az

2Источники