RU

“Yuventus”un müdafiəçisi Premyer Liqa yolunda

“Yuventus”un müdafiəçisi Qleyson Bremer İngiltərə Premyer Liqasına transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Tottenhem” 28 yaşlı braziliyalını yanvarda heyətinə qatmaq istəyir. Turin klubu müdafiəçi üçün 60 milyon avro tələb edir.

Bremerə “Çelsi”, “Mançester Yunayted”, “Bavariya” və PSJ də maraqlıdır.

Qeyd edək ki, Bremer bu mövsüm “Yuventus”da 5 matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir.

Избранный
173
50
idmanxeber.az

10Источники