RU

Azərbaycanlı alimin adı “Türk dünyası aydınları” ensiklopediyasında

Yazını böyüt
Yazını kiçilt

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nəşr etdiyi “Türk dünyası aydınları” adlı geniş ensiklopedik dərgidə Azərbaycanın tanınmış alimlərindən olan Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın bioqrafiyası dərc edilib.

Hafta.az xəbər verir ki, Türk dünyasının görkəmli simalarını bir araya gətirən dərgidə S.İbadullayeva haqqında məlumatın yer alması, onun elmi-ictimai fəaliyyətinin və Türk dünyası mədəni irsinə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Qeyd edilib ki, professor 2021-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.

Избранный
66
hafta.az

1Источники