RU

Deputat: Əli Kərimlinin addımları cəmiyyətdə gərginlik yaradırdı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlət təhlükəsizliyi orqanlarının araşdırmaları çərçivəsində üzə çıxan faktlar bir sıra ciddi narahatlıqlara səbəb olur. Ramiz Mehdiyevlə əlaqəli qrupların yenidən fəallaşa biləcəyi, bu prosesdə bəzi müxalif qüvvələrin rolunun olması xüsusi diqqətlə izlənir”.Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, AXCP uzun illərdir siyasi xəttini aqressiv və radikal ritorika üzərində qurub:“Əli Kərimli və partiya təmsilçilərinin bəzi çıxışları və davranışları çox vaxt dövlət maraqları ilə uzlaşmır. Onların beynəlxalq arenada Azərbaycanın mövqeyinə qarşı açıqlamaları, regional əməkdaşlıq təşəbbüslərinə qeyri-konstruktiv yanaşmaları və daxili sabitliyi hədəf alan davranışları buna misal sayıla bilər. Müasir təhlükəsizlik yanaşmaları risklərin vaxtında aşkarlanmasının vacibliyini önə çəkir. Dövlət qurumlarının mümkün təhdidləri erkən mərhələdə müəyyənləşdirməsi və adekvat addımlar atması ölkənin suverenliyinin qorunması baxımından mühümdür. Hazırkı geosiyasi şəraitdə xarici güclərin daxili qüvvələrdən istifadə etmə ehtimalı daim mövcud olduğundan, sabitliyin təmin edilməsi və qanunun aliliyinin qorunması strateji prioritet olaraq qalır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
89
demokrat.az

1Источники