RU

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğula hökm oxunub

Bakı. Trend:

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğuluncinayət işi üzrə məhkəmə yekunlaşıb.

Trend xəbərverir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəhökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğluElçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 5-də Saatlı rayonununŞirinbəyli kəndində baş verib. Cinayət işi üzrə təqsirləndirlənElşad Abbasov və oğlu Elçin Abbasov qonşusu Mirhəsən Seyidovuavtomobildə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisəningizlətmək məqsədilə meyitin ayağına daş bağlayaraq həmin ərazidəkisu kollektoruna atıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilətəqsirli biliniblər.

Məqalədə:
Избранный
29
az.trend.az

1Источники