RU

“Araz Naxçıvan”ın ÇL oyunu üçün heyəti

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda sabah – dekabrın 5-də Lissabonda “Benfika” ilə qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valerio Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, (q), 9. Alleks Rezende, 15. Aleks Teixeira

Qeyd edək ki, dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade” keçiriləcək və saat 21:30-da başlayacaq oyun CBC Sportla canlı yayımlanacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
futbolpress.az

1Источники