RU

Şirinə qarşı meyli azaldan məhsul açıqlanıb

Gənclər arasında aparılan yeni araşdırma göstərib ki, gündəlik rasiona az miqdarda qoz-fındaq kimi yağlı toxumların əlavə olunması şirniyyata qarşı yaranan qəfil istəyin qarşısını almağa ciddi kömək edir. AzPost xəbər verir ki, tədqiqat ABŞ-ın Vanderbilt Universitetinin Tibb Mərkəzi tərəfindən aparılıb və nəticələr Nutrients jurnalında dərc olunub, məlumatı Sports.kz Gazeta.ru-ya istinadən yayıb.

Mütəxəssislər 22–36 yaş arası, artıq çəkisi olan və metabolik sindrom riski daşıyan 84 nəfəri 16 həftə müddətinə müşahidə ediblər. İştirakçılar iki qrupa bölünüb: birinci qrupun üzvlərinə ara yeməklərində fındıq, badam, qoz, püstə, pekan və keşyu kimi yağlı toxumlar yemək tapşırılıb, ikinci qrup isə adi karbohidratlı qəlyanaltılar — peçenye, kraker, şirniyyat batonçikləri ilə qidalanıb. Hər iki qrupun qəlyanaltıları eyni kalori dəyərinə malik olub.

Nəticələr göstərib ki, “qoz-fındaq qrupunda” şirniyyata qarşı qəfil yaranan güclü istəklər nəzərəçarpacaq dərəcədə azalıb. Bu dəyişikliklərlə paralel olaraq onların rasionunda zərərli şirniyyat və duzlu qəlyanaltıların payı aşağı düşüb, zülaklı qidaların miqdarı isə artıb. Karbohidratlı məhsullarla qidalanan ikinci qrupda isə mühüm dəyişiklik qeydə alınmayıb, üstəlik bu iştirakçılar daha az meyvə yeməyə başlayıblar.

Alimlərin sözlərinə görə, sadəcə bir ara yeməyini yağlı toxumlarla əvəzləmək belə metabolik risklərin ilkin əlamətlərini daşıyan insanlarda daha sağlam qidalanma davranışı formalaşdırmağa və yüksək kalorili “zövq qidalarından” imtinanı asanlaşdırmağa kömək edir.

AzPost.az

Избранный
94
azpost.info

1Источники