RU

Yekaterinburqda Ural azərbaycanlılarının yeni lideri həbs edildi

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi “Uralda azərbaycanlıların yeni lideri” kimi tanınan Vidadi Mustafayevi 2 ay müddətinə, 2026-cı il yanvarın 31-dək istintaq təcridxanasına göndərib.

KONKRET.az xəbər verir ki, Mustafayev dekabrın 1-də “İset” qülləsinin yaxınlığında yerləşən fitnes-klubdan çıxarkən saxlanılıb.

İstintaq onun tanışı, azərbaycanlı Navruz Sadatovu aldadaraq ondan külli miqdarda, yəni 16 milyon rubl pul ələ keçirdiyini iddia edir.

O, əvvəllər saxlanılan Şahin Şıxlinskinin yerinə “Ural azərbaycanlılarının yeni lideri” hesab olunur. Mustafayevə qarşı torpaq sahəsinin satışı zamanı dələduzluq ittihamı irəli sürülüb

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
66
1
konkret.az

2Источники