RU

Seyran Səxavət ədəbiyyatın ən yaxşı tamadasıdır - Orxan Saffari

Gənc yazıçı Orxan Saffari yazıçı Seyran Səxavətisərt tənqid edib.

XəzərNews.az onun yazısını olduğu kimi təqdim edir:

- Azərbaycan ədəbiyyatında varlığı sual altında olan bir xeyli imza var.

Sözsüz, o imzalar xüsusilə Sovet dövründə məşhurlaşan imzalardır və əslində, aşağı-yuxarı səbəblər də bəllidir. Ancaq yenə də bəzi məsələlər hərdən insanı düşündürür.

Məsələn, düşünürsən ki, bu adam kimdir?

Ümumiyyətlə, necə, niyə var?

Hansı proses oldu, necə bir boşluq yarandı ki, o da aldı əlinə qələmi, dedi, ayıbdır, bir-iki cümlə də mən yazım?

Heç uzağa getməyə ehtiyac da yoxdur, götürək elə bizim bu Seyran Səxavəti.

Əgər “Füzuli rayonunun ən istedadsız adamları” müsabiqəsi keçirilsə, sözsüz, Seyran Səxavət birinciliyi heç kimə verməz. Hətta onun bu müsabiqədə birinci olması üçün həlledici səsi də məhz Manaf Ağayev verər.

Doğrudan da, qəribədir.

80 il ömür sür, 8 dişə dəyən cümlən olmasın, amma hərdən-bir də olsa, yazıçı kimi xatırlan.

Bəs görəsən, bəzi adamların Seyran Səxavətə yazıçı deməyində məqsəd nədir?

Ahıl yaşında adamla nə işləri var? Niyə insanlar bir-birilərinə bu qədər ağ yalan danışır? Seyran Səxavət kimə nə pislik edib ki, indi onun boynuna belə şeylər qoyurlar?

Əslində, onun ədəbiyyatdakı yerini müəyyən etmək həqiqətən də çətindir. Ancaq qıraqda da qoymaq olmaz.

Məsələn, ən yaxşı halda belə də deyə bilərik:

-Seyran Səxavət Azərbaycan ədəbiyyatının ən yaxşı tamadasıdır.

Bundan o tərəfə sözü Seyran Səxavətin özü də qəbul etməz.

Təsəvvür edin, bu boyda ömürdə xatırlanası bir misran var, o da budur:

“Sıxma ürəyini, ürək cəhənnəm
Axı sən ordasan, sən sıxılarsan”.

İlahi, bu nə şeirdir? Bu nə mənasız romantikadır?

Oxucuları filan haradasa başa düşmək olar, ancaq dərd odur, Seyran Səxavət özü də inanır ki, böyük yazıçı, şairdir və elə bu misralar da onun pasportudur.

Tərs kimi də harda tribuna görür, tez dırmaşıb bu şeiri deyir.

O, doğrudan da gülməli adamdır.

Tez-tez lətifə danışmağı sevir Seyran Səxavət. Yeganə adamdır ki, özü danışdığı bütün lətifələrdən daha gülməlidir.

Seyran Səxavət həm də elə “yazıçıdır”, adam onu heç kimlə müqayisə də edə bilmir.

Yəni məsələn, Sovet dövrü yazıçı-şairlərin adlarını çəkirsən, deyirsən, Anar var, Əkrəm var, Fikrət Qoca, Elçin və.s var deyirsən, bircə nəfər də yaddan çıxmır, di gəl, Seyran Səxavət demirsən ki, demirsən. Seyran Səxavət o vaxt yada düşür ki, kənardan kimsə “Bəs Seyran Səxavət?” deyir. Bax onda da deyirsən ki, “bıy, həəə”.

Müasir ədəbiyyatda da belə imzalar var. Məsələn, bu gün ədəbiyyatda Əkbər Qoşalı kimdirsə, necə yada düşmürsə, Seyran Səxavət də təxminən elə adamdır.

İncəvara, Əkbər Qoşalıya Türk dünyası qucaq açıb.

Bəs Seyran Səxavətə?

Əlbəttə, bütün bunlar ömrünü ədəbiyyata həsr etmiş bir adamın faciəsi olmalıdır.

Fəqət elə ilk növbədə Seyran Səxavətin qətiyyən vecinə deyil.

O, özünü elə aparır ki, elə bil, Seyran Səxavət başqalarıdır, bu yox.

Xəbər 2 dəfə oxunub.
Избранный
37
8
xezernews.az

6Источники