“Mançester Siti” Premyer Liqanın 14-cü turunda “Fulhem”i 5:4 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, Erlinq Haaland bu oyunda vurduğu qolla İngiltərə çempionatındakı 100-cü qoluna imza atıb.
25 yaşlı forvard bununla da Premyer Liqa tarixində 100 və daha çox qol vuran 35-ci oyunçu olub.
Liqa tarixinin bombardiri isə hələ də Alan Şirerdir (260 qol). Onu Harri Kane (213) və Ueyn Runi (208) izləyir.