RU

Ərdoğandan Bərzaniyə sərt təpki: Ağır səhvə yol verdi

BAKI, 3 dekabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzaninin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı barədə açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı Məsud Bərzaninin MHP liderinə qarşı sayğısızlıq etdiyini deyib.

“Müttəfiqimiz Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalını hədəfə alan dünənki sayğısız və həddini aşan açıqlamaları qətiyyən təsdiq etmədiyimizi, bunu qəbulolunmaz hesab etdiyimizi bildirmək istəyirəm. Həm partiyamızın (AKP) sözçüsü, həm də Xarici İşlər Nazirliyi məsələ ilə bağlı narahatlığımızı açıq şəkildə ifadə edib, lazım olan diplomatik addımlar atılıb və izahat tələb olunub. Bu ağır səhvdən bir an əvvəl geri dönülməli və düzəldilməlidir”, - R.T.Ərdoğan vurğulayıb.

Məsud Bərzaninin Türkiyənin ictimai-siyasi dairələrində etiraz yaradan açıqlaması belədir:

“Elə bilirdik ki, Allah Dövlət Baxçalıya hidayət verib, o, irqçilik və şovinizmdən əl çəkib. Ancaq görünən odur ki, o hələ də əvvəlki bozqurdur, sadəcə indi qoyun dərisinə bürünüb”.

Избранный
105
1
teleqraf.com

2Источники