RU

ABŞ NATO-numəlumatlandırdı

ABŞ ilk dəfə Şimali Atlantika Alyansı üzvlərinə Ukrayna münaqişəsinin nizamlanmasına dair planla bağlı məsləhətləşmələr aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" diplomatik mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bazar ertəsi alyansdakı həmkarlarına danışıqların gedişi barədə rəsmi şəkildə məlumat verib.

Qeyd olunur ki, bu brifinq ABŞ təklifinin ilkin layihəsinin mediaya sızmasından təxminən iki həftə sonra baş tutub.

Nəşrin məlumatına əsasən, ABŞ-nin bəzi müttəfiqləri hesab edir ki, Vaşinqton Ukrayna məsələsinin həlli ilə bağlı onları daha tez-tez məlumatlandırmalıdır.

Aytəkin TOFİQQIZI

Избранный
88
1
redaktor.az

2Источники