Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilinoktyabr ayında orta hesabla 126.4-ə bərabər olub. Bununla da ərzaqqiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 1.6%, ötən ilinmüvafiq dövrü ilə müqayisədə isə 0.4% azalıb.
TrendPrezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinə istinadən xəbər verir ki, dövr ərzində bitki yağlarıüzrə qiymət indeksi artıb, şəkər, süd, ət və taxıl məhsulları üzrəisə azalıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi oktyabr ayında orta hesabla103.6 bənd təşkil edib:
Sentyabr ayına nisbətən 1.3 bənd (1.3%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9 bənd (9.5%)azalıb.
Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsassəbəbləri:
Cənub yarımkürəsində məhsul yığımının olması və şimalyarımkürəsində payızlıq buğda əkinin davam etməsi fonunda buğdaqiymətinin azalması;
Artan rəqabət və bir sıra şimal yarımkürəsinin ixracatçıölkələrində əsas məhsul yığımının başlaması fonunda düyü qiymətininazalması.
Qarğıdalı, arpa və sorqo qiymətinin azalması.

BİTKİ YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi oktyabr ayında orta hesabla 169.4bənd təşkil edib:
Sentyabr ayına nisbətən 1.5 bənd (0.9% ) artıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7 bənd (10.9%)artıb.
Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:
İndoneziyanın 2026-cı ildə biodizel qarışdırma mandatlarındaplanlaşdırılan artımı və Malayziyada yüksək ixracat fonunda palmayağı qiymətinin artması;
Qara dəniz regionundan məhsul gecikmələri və məhdud tədarükfonunda günəbaxan yağı qiymətinin artması;
Avropa, Braziliya və ABŞ-də yüksək tələbat fonunda kolza və soyayağı qiymətlərinin artması.

ƏT MƏHSULLARI
Ət Qiyməti İndeksi oktyabr ayında orta hesabla 125.0 bənd təşkiledib:
Sentyabr ayına müqayisədə 2.5 bənd (2.0%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 bənd (4.8%)artıb.
Ət məhsulları qiymət indeksinin azalmasının əsas səbəbləri:
Ticarət məhdudiyyətləri fonunda quş əti qiymətinin azalması;
Avstraliyada yüksək tədarük fonunda qoyun əti qiymətininazalması;
Çində olan aşağı idxal tələbi fonunda donuz əti qiymətininazalması.
SÜDMƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi oktyabr ayında orta hesabla142.2 bənd təşkil edib:
Sentyabr ayı ilə müqayisədə 5.0 bənd (3.4% ) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 bənd (2.6%)artıb.
Süd məhsullarının qiymət indeksinin azalmasının əsassəbəbləri:
Avropa İttifaqı və Yeni Zelandiyada yüksək təklif və Asiya vəYaxın Şərqdən idxal tələbinin azalması fonunda kərə yağı qiymətininazalması;
Avropa İttifaqında süd tədarükünün yüksək olması və ixractələbinin azalması fonunda pendir qiymətinin azalması;
Süd tozu qiymətinin azalması.
ŞƏKƏR
Şəkər Qiymət İndeksi oktyabr ayında orta hesabla 94.1 bəndtəşkil edib:
Sentyabr ayına nisbətən 5.3 bənd (5.3 faiz) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4 bənd (27.4%)azalıb.
Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsassəbəbləri:
Beynəlxalq xam neft qiymətləri bioyanacaq sektorunun tələbininazalması fonunda şəkər qiymətinin azalması;
Hindistan və Taylandda əlverişli məhsul fonunda şəkər qiymətininazalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,Azərbaycanda 2025-ci ilin oktyabr ayında istehlak qiymətləriindeksi sentyabr ayı ilə müqayisədə 100,5 faiz, 2025-ci ilinyanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədəisə 105,7 faiz təşkil edib.