RU

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bəzi obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Bakı. Trend:

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bir sıra obyektlərintikintisi üçün icazə tələb olunacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin Aqrar siyasətkomitəsinin dekabrın2-də keçirilən onlayn iclasında müzakirə olunan“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsihaqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlardadəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, mülkiyyətdə, icarədə və ya istifadədəolan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlıobyektlərin tikintisinə icazə tələb olunmur.

Layihəyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olantorpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetrolan bir mərtəbəli yardımçı tikililərin, meşə təsərrüfatı vəbalıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələbolunmur.

Həmçinin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ənçoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, (kəndtəsərrüfatı təyinatlı tikilənlər istisna olmaqla) yeraltı su vəçirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200kubmetr olan hovuzların, tutumu 100 nəfərə qədər olan müvəqqətitikililərin (kənd təsərrüfatı təyinatlı tikilənlər istisnaolmaqla), hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlıtikilənlər istisna olmaqla) və oranjereyaların tikintisinə icazətələb olunmayacaq.

Məqalədə:
Избранный
61
3
az.trend.az

4Источники