RU

Qalatasaray ın son 60 ildə Kadıköydə belə seriyası olmamışdı

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə çempionatının 14-cü turunda böyük İstanbul derbisi baş tutdu."Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça'' doğma fanatları önündə oynamasına və əla dəstəyə malik olmasına baxmayaraq ''Qalatasaray''ı məğlub edə bilmədi. Hətta komanda 1 xala şükür etməli oldu. Çünki qonaqların heyətində Leroy Sanenin 27-ci dəqiqədə vurduğu qol uzun müddət oyunda yeganə oldu. ''Sarı-lacivərdlilər''i məğlubiyyətdən əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Con Duran xilas etdi. 1:1-lik bərabərlik sayəsində ''Qalatasaray'' liderliyini davam etdirdi. ''Fənər'' üçün yeganə təsəlli məğlubiyyətsiz seriyanın davam etməsi oldu. ''Cim-Bom'' Okan Burukun dönəmində hələ də əzəli rəqibinə səfərdə uduzmayıb. Komandanın ''Fənər''ə qarşı Kadıköydə məğlubiyyətsiz seriyası 5 rəsmi oyuna çatdı (3 qələbə, 2 heç-heçə). Bu, ''Qalatasaray''ın son 60 ilə yaxın dönəmdə ən yaxşı seriyasıdı! Komandanın əzəli rəqibinə qarşı səfərdə bundan daha böyük (8) məğlubiyyətsiz seriyası sonuncu dəfə 1963-66-cı illərdə qeydə alınıb. ''Fənərbaxça'' bu mövsüm hesabda geridə olduğu matçlarda ən çox (8) xal toplayan komandadı. Özü də komanda son 4 turun 3-də bu cür şəkildə 7 xal toplayıb. ''Qalatasaray'' isə bu mövsüm ilk dəfə hesabda öndə olduğu qarşılaşmada xal itirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
icma.az

2Источники