525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Polşanın Krakov şəhəri turistlərin rəyinə əsasən dünyanın ən təmiz şəhəri elan olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Radical Storage" kompaniyasının apardığı araşdırmada bildirilir.
Rəy bildirənlər turistlərin 98,5 faizi Krakovun təmizliyi haqqında müsbət fikirdə olublar.
İkinci yerdə 98 faiz nəticə ilə Birləşmiş Ərəb Əmirliklərinin Şarj şəhəri yer alıb. İlk "üçlüy"ü Sinqapur qapayıb - 97,9 faiz.
Yeri gəlmişkən, ilk "onluq"da aşağıdakı şəhərlər yer alıb: Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Maskat (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya).
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.