BAKI, 2 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) yeni sədri vəzifəsinə namizədin 2026-cı ilin əvvəlində elan olunacağını bildirib.
Teleqraf xəbər verir ki, Trampbu gün Ağ Evdə keçirdiyi iclasda çıxışı zamanı hazırkı FES rəhbəri Cerom Pauellin fəaliyyətindən narazı olduğunu vurğulayıb.
“Bizdə qatır kimi inadkar bir adam var və yəqin ki, o, sizin sevimli prezidentinizi sevmir. Amma o, tezliklə gedəcək. Yəqin ki, gələn ilin əvvəlində yeni FRS sədrini elan edəcəyik”, – deyə Tramp bildirib.