Amerikanın enerji şirkəti ExxonMobil İraqın Neft Nazirliyinə Rusiyanın Lukoil şirkətinin İraqın əsas neft yatağı olan Qərbi Qurna-2 neft yatağındakı nəzarət paketini almağı təklif edib.
Newscenter.az “Reuters”-ə istinadən bildirir ki, bu barədə İraqın rəsmi mənbələri məlumat yayıb.
Ölkənin cənubunda xarici şirkətlərin fəaliyyətinə nəzarət edən yüksək rütbəli İraq rəsmisi agentliyə bildirib ki, "Exxon Lukoil-i əvəz etmək üçün əlverişli variantdır.
"Şirkət Qərbi Qurna-2 kimi böyük və mürəkkəb yatağı idarə etmək üçün lazımi imkan və təcrübəyə malikdir",- deyə İraq rəsmisi qeyd edib. ExxonMobil və Lukoil isə məsələ ilə bağlı mediaya şərh verməkdən imtina edib.
Qeyd edək ki, İraqın Neft Nazirliyi bir neçə Amerika şirkətini Qərbi Qurna-2 yatağının idarə edilməsi hüququ üçün tenderdə iştiraka dəvət edib.
Cavid