RU

Kazımcana alışqan atan şəxs məsuliyyətə cəlb olundu

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbulda keçirilən "Fənərbağça" – "Qalatasaray" qarşılaşması (1:1) zamanı qonaq komandanın müdafiəçisi Kazımcan Karataşa tribundan alışqan atan azarkeş polis tərəfindən saxlanılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, insidentlə bağlı araşdırma aparılıb və qayda pozan şəxsə ciddi sanksiya tətbiq edilib.

Qərara əsasən, həmin azarkeş bir il müddətinə ölkə daxilində heç bir idman tədbirinə buraxılmayacaq.

Hadisə oyun zamanı təhlükəsizlik qaydalarının pozulması və stadion intizamının yenidən gündəmə gəlməsinə səbəb olub.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
137
1
baku.ws

2Источники