RU

“Avatar: Fire and Ash” filminin rejissoru “mocap” danışıb: “Bu, süni intellekt deyil”  

“Avatar”ın yeni filmi “Avatar: Fire and Ash” tamaşaçılarla görüşmə ərəfəsindədir. Filmin rejissoru James Cameron bildirib ki, illərdir istifadə olunan “mocap” texnologiyası çoxlarının düşündüyü kimi aktyorları əvəz etmir, əksinə onların işini daha da ön plana çıxarır. Onun sözlərinə görə, bu texnologiya aktyorun oynadığı hər bir hissi və hərəkəti dəqiq şəkildə rəqəmsal mühitə köçürərək yaradıcılıq prosesini daha da dərinləşdirir.

Rejissor bəzi insanların “mocap”ı generativ AI ilə eyniləşdirdiyini bildirib. O qeyd edib ki, arada ciddi fərq var: ““Mocap” aktyor və rejissorun yaratdığı anı qeyd edib genişləndirir. Generativ süni intellekt isə tamamilə yeni, heç mövcud olmayan bir obrazı, aktyoru və performansı sadəcə mətn yazaraq yarada bilir. Bu isə dəhşətlidir. Bizim etdiyimiz iş bunun tam əksidir”.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Избранный
61
azerbaijan-news.az

1Источники